Veysəloğlu Şirkətlər Qrupu üçün “tarladan süfrəyə” nədir?
Son 6 ayda 5,800 tonluq məhsul birbaşa fermerdən alınaraq mağaza rəflərinə gətirilib(®) Veysəloğlu Şirkətlər Qrupu istehlakçıları təbii meyvə-tərəvəzlə təmin etmək məqsədilə məhsulların birbaşa fermerlərdən alışını təşkil edir. Şirkətlər Qrupunun niyyəti müştəriləri mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Meyvə-tərəvəzin satın alınması üzrə rəhbər Sərdar Ceylan bildirib:
“Biz bu prosesə sadəcə bir alış-veriş əməliyyatı olaraq yanaşmırıq. Burada beynəlxalq təcrübəni nəzərdən keçirir və öz işimizi ədalətli ticarət prinsiplərinə əsasən qurmağa çalışırıq. Fermerlərlə birbaşa ünsiyyət yaradır və həm biznesimiz, həm də istehsalçılar üçün əlverişli şərtlərlə əməkdaşlıq edirik”. Bu fəaliyyətin nəticəsi olaraq, yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə edirlər.
Veysəloğlu Şirkətlər Qrupu hazırda 91 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. İlin ilk 6 ayı ərzində təqribən 4,7 milyon manat dəyəri olan 5,800 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışı baş tutub. 100-ə yaxın əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Artıq növbəti mövsüm üçün razılıq əldə olunub, bu isə istehsalçının məhsul əkinini düzgün planlaşdırmasına kömək edir, satılmayan məhsulun israfının qarşısını alır.
Şirkətlər Qrupu logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaradıb. 2022-ci ildə isə “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı kəndlinin işini asanlaşdırıb. Belə ki, artıq istehsalçının məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur. Məhsullar “soyuq zəncir” standartları tətbiq edilməklə ölkə daxilindəki bütün “Araz” və “OBA” mağazalarına çatdırılır. Bununla da təbii məhsulları alıcılara həqiqətən münasib qiymətə təklif etməyə imkan yaranır. İstehlakçılar xüsusilə kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur, alma, şaftalı, gilas, gavalı və çiyələk növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.
Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında birbaşa satılmasını istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlamağa dəvət olunur.
Veysəloğlu Şirkətlər Qrupu 28 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. 19,000 nəfərdən çox insanın iş yeri olan Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 44 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır




























