"Starlink" Gürcüstanda aktivləşdirilir
Gürcüstanın Rabitə Kommunikasiyası İlon Maskın "Starlink" şirkətinə Gürcüstanda internet xidməti göstərməsi üçün icazə verib.
Bu barədə kommunikasiyanın məlumatında deyilir. Məlumata görə, şirkət Gürcüstanda fəaliyyət göstərməsi üçün lazım olan icazəni almaq məqsədilə 8 iyulda komissiyaya müraciət edib.
Bildirilib ki, artıq "Starlink Georgia" Gürcüstanda praktik fəaliyyətə başlamağa hazırlaşır.
İcazə şərtlərinə uyğun olaraq, "SpaceX" Gürcüstanda "Starlink" peyk sistemləri vasitəsilə yüksəksürətli internet xidmətləri göstərəcək.
Qeyd olunub ki, "Starlink"in tətbiqi yüksək dağlıq bölgələrdə və internetə çıxışı olmayan ərazilərdə xüsusilə vacibdir. "Bu baxımdan onun tətbiqindən sonra bütün bu cür coğrafi ərazilərdə yüksəksürətli internetə çıxış hər kəs üçün əlçatan olacaq",- deyə komissiyanın məlumatında bildirilib.
Qeyd edək ki, "SpaceX" indiyədək 2700-dən çox "Starlink" aşağı orbitli peykini kosmosa göndərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)










.jpg)


