Access2Success: qadınlar üçün biznesdə yeni başlanğıc
(®) AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsi uğurla başa çatıb.
Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihədə iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdi. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. İştirakçılar turizm, təhsil, qida, səhiyyə, eko məhsullar, geyim və aksessuar kimi sahələri təmsil ediblər.
5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzularda 40 saatdan çox dərslər keçirilib. 23-65 yaş aralığında olan iştirakçı qadın sahibkarlar ekspertlərdən nəzəri biliklər əldə etməklə yanaşı, həm də praktik məşğələlərdə iştirak ediblər.
Təlimin son günlərində iştirakçılar seminarlar ərzində öyrəndikləri nəzəri bilikləri gələcək bizneslərində necə tətbiq edəcəkləri barədə təqdimatlarla çıxış etdilər. Yekun tədbirdə AccessBank rəhbərliyi və proqramın mentorları qoşularaq iştirakçılara işlərində uğurlar arzu etdilər.
Qeyd edək ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank may ayında qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlamışdı. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləməkdir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)







.jpg)








