SOCAR ilə “Uzbekneftegaz” birgə layihələr reallaşdıracaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Özbəkistana dövlət səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Daşkənddə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
SOCAR nümayəndə heyəti “Uzbekneftegaz” ASC-nin tərkibində fəaliyyət göstərən Modelləşdirmə Mərkəzini, həmçinin İstehsal və dispetçer idarəetməsi Mərkəzini ziyarət edib. Burada nümayəndə heyətinə mərkəzlərin fəaliyyət istiqamətləri və tətbiq olunan yeniliklər haqqında məlumat verilib.
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir.
Eyni zamanda, sənəd “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.
Səfər çərçivəsində Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini, energetika naziri vəzifəsini müvəqqəti icra edən Azim Axmedxadjayev ilə görüşüb.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
SOCAR nümayəndə heyətinin Daşkənddə, həmçinin Özbəkistanın Dövlət Geologiya Komitəsinin rəhbərliyi ilə də görüşü olub. Görüş zamanı geologiya sahəsində əməkdaşlıq və Özbəkistanda həyata keçirilən layihələrdə SOCAR-ın iştirak imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
-
11 d. əvvəl
Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdədir - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank sektorunda çalışanların sayı artmaqda davam edir - 27 MİN NƏFƏRƏ YAXINLAŞIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycand bank filiallarının sayı 15 sayda artıb
Qızılın qiyməti yüksəlir: Həftəlik bahalaşma 3%-i keçdi
Ən çox oxunanlar
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
Şirkət kənd təsərrüfatı texnika və avadanlıqlarını satır
Füzulidə DOST məntəqəsi fəaliyyətə başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi


















.jpg)
.jpg)


