Gəncədə süd, ət və yumurta istehsalı azalıb
2022-ci ilin yanvar-may aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin məhsulu üçün 61,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmışdir ki, onun da 29,0 hektarını dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. Əvvəlki ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi dəyişməz qalmışdır. 2022-ci ilin məhsulu üçün əkilmiş 61,2 hektar sahə ev təsərrüfatlarına aid olmuşdur. Hesabat dövründə meyvə bağlarından və giləmeyvəliklərdən 95,0 ton meyvə və giləmeyvə toplanmışdır.
Gəncə şəhərində 2022-ci ilin yanvar-may aylarında heyvandarlıq bölməsində 27,2 ton ət diri çəkidə, 169,3 ton süd, 179 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 89,3 ton (34,5 faiz), ət istehsalı8,6 ton (24,0 faiz), yumurta istehsalı 117 min ədəd (39,5 faiz) azalmışdır, yun istehsalı isə 0,8 ton (40,0 faiz) artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
18 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb






















