234 turizm layihəsinə 60,3 milyon manat güzəştli kredit ayrılıb
Turizmin inkişafını nəzərdə tutan layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2022-ci ildə güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlərinə daxildir.
Sahibkarlığın İnkişafı Fondunun yaydığı məlumata görə, Fond tərəfindən indiyədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 milyon manat güzəştli kredit vəsaiti ayrılıb və bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.
2022-ci ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur.
Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub.
Turizm sahəsi pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrindən biri hesab olunur. 2020-ci ilin iyun ayından etibarən pandemiyadan zərər çəkən sahibkarlara münasibətdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanətli kredit və subsidiya və mövcud kredit portfeli üzrə subsidiya mexanizmlərinin tətbiqinə başlanılıb.
Dövlət zəmanətli kredit və subsidiya mexanizmi 2022-ci ildə başa çatıb və bu proqram çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.
Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.
Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirillməsi davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























