BP: 2021-ci ildə qlobal qaz istehlakı ilk dəfə 4 trilyon kubmetri keçib
O cümlədən, Avropada qaza tələbat son 10 ildə maksimum həddə çatıb.2021-ci ilin yekunlarına görə, dünyada qaz istehlakı ilk dəfə olaraq 4 trilyon kubmetri ötüb.
Marja xəbər verir ki, bu barədə Böyük Britaniyanın BP şirkətinin dünya enerjisinə dair statistik icmalında bildirilir.
Son bir ildə dünya qaz istehlakı 5,3% artaraq 4,038 trilyon kubmetrə çatıb, bu da pandemiyadan əvvəlki göstəriciləri üstələyir. Dünyada qaz hasilatı da artıb və təxminən tələbata bərabər olub - 4,037 trilyon kubmetr.
Avropada qazın hasilatı və idxalı
Xüsusilə, Avropada təbii qaza tələbat 5,7% artaraq son 10 ildə maksimuma çatıb (571 milyard kubmetrdən bir qədər çox). Regionun qaz hasilatı 1975-ci ildən bəri minimum səviyyəyə düşüb və cəmi 210,4 milyard kubmetr təşkil edib.
Eyni zamanda, Avropa 2021-ci ildə 341 milyard kubmetr təbii qaz idxal edib (Norveçdən regionun digər ölkələrinə təqribən 113 milyard kubmetr həcmində boru kəməri tədarükü istisna olmaqla). Bunlardan 232,8 mlrd. kubmetri boru kəmərləri ilə (o cümlədən 167 milyard kubmetr Rusiyadan və 37,2 milyard kubmetr Afrikadan), 108,2 mlrd. kubmetri LNG tədarükü olub. ABŞ (30,8 milyard kubmetr), Qətər (22,5 milyard kubmetr), Rusiya (17,4 milyard kubmetr), Əlcəzair (15,4 milyard kubmetr) və Nigeriya (13 milyard kubmetr) keçən il Avropa ölkələrinə ən çox LNG göndərib.
Ümumilikdə, Rusiyadan qaz tədarükünün payı (həm boru kəməri, həm də LNG şəklində) Avropada ümumi qaz istehlakının 37%-ni təşkil edib.
Qlobal LNG təchizatı
Ümumilikdə, 2021-ci ildə qlobal LNG tədarükü 5,6% artaraq 516 milyard kubmetrə çatıb. Bu 2015-ci ildən bəri ən yavaş artım tempidir (2020-ci il istisna olmaqla), ABŞ-ın LNG tədarükü 34 milyard kubmetr artaraq 95 milyard kubmetrə çatıb.
Çin Yaponiyanı keçərək dünyanın ən böyük LNG idxalçısı (109,5 milyard kubmetrə qarşı Yaponiyanın 101,3 milyard kubmetr) olub və 2021-ci ildə qlobal LNG tələbatının artımının təxminən 60%-ni təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
4 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
5 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib

















.jpg)


.jpg)

