İnstitut: Avqust-sentyabra qədər Xəzərin səviyyəsi 30-40 sm artacaq
Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür.
Bunu açıqlamasında Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
“Mövsümi olaraq avqust-sentyabra qədər suyun səviyyəsinin 30-40 santimetr artması gözlənilir. Lakin bu, o demək deyil ki, tərsinə proses gedir. Bu, mövsümi dəyişmədir. Yanvarda yenə səviyyə aşağı düşəndə, biz ötən illərlə müqayisədə azalmanın hansı səviyyədə getdiyini müşahidə edəcəyik. Bu gün təkcə Azərbaycan alimləri deyil, bütün dünya Xəzərin suyunun nə üçün azalması ilə bağlı araşdırmalar aparır, bunun qarşısını almağın yollarını axtarırlar. Apardığımız tədqiqatlar göstərir ki, Volqa çayında son 5-6 il ərzində suyun səviyyəsi antropogen amillərlə əlaqədar xeyli azalıb. Bu da Xəzərdə səviyyənin aşağı düşməsinə səbəb olur. Həmçinin buxarlanmalar, Ayla əlaqədar qabarma-çəkilmələr də prosesə öz təsirini göstərir. Ümumilikdə, bütün proqnozlar göstərir ki, yaxın gələcəkdə də Xəzərdə suyun səviyyəsi azalmaqda davam edəcək”, - şöbə müdiri vurğulayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








