Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığın inkişafı üçün yeni imkanları nəzərdən keçirir
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycanla, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanları nəzərdən keçirir.
Bunu jurnalistlərə açıqlamasında Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, Azərbaycan BSTDB-in mühüm səhmdarıdır.
D.Pankinin sözlərinə görə, hazırda Ukraynadakı müharibə səbəbindən dünyada vəziyyət dəyişib və bank indi öz rolunun nə olacağını və necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir.
Qeyd edək ki, bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısı işə başlayıb.
Xatırladaq ki, BSTDB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hər biri 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyə çalışır.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















