“PAŞA İnşaat”da insan resurslarının idarə edilməsi üzrə hibrid sistem yaradılıb
Orta biznesdə işçilərlə bağlı vacib qərarların verilməsi üçün vahid məlumat mənbəyini, işçi məlumatlarına ani girişi, çevik özünəxidməti, avtomatlaşdırılmış təsdiq iş axınlarını və qabaqcıl hesabatları necə təmin etmək olar? 2022-ci ilin əvvəlindən bunların hamısı “SAP SuccessFactors Employee Central” və “SAP Human Capital Management” həllərinə əsaslanan insan resurslarının idarə edilməsi və əmək haqqı hesablanması hibrid sisteminin tətbiqi sayəsində “PAŞA İnşaat”ın bütün əməkdaşları üçün əlçatan olub.
“PAŞA İnşaat”ın İnsan resursları üzrə direktoru Fəxri Qurbanov tətbiq haqqında ətraflı məlumat verərək bildirib:
“İdarəetmənin avtomatlaşdırılması və iş proseslərinin rəqəmsallaşdırılması sahəsində mövcud qlobal tendensiyaları nəzərə alaraq, 2020-ci ilin ortalarında “PAŞA Holding”in rəhbərliyi, “PAŞA İnşaat” MMC də aid olduğu, qeyri-maliyyə biznesləri qrupuna daxil olan bütün şirkətlər üzrə insan resurslarının idarə edilməsi sahəsində rəqəmsal transformasiya məqsədi ilə genişmiqyaslı layihəyə başlamaq qərarı vermişdir.
Bir neçə ay ərzində korporativ insan resurslarının planlaşdırılması sistemlərinin geniş spektrini diqqətlə nəzərdən keçirdikdən sonra, seçim “SAP” həllərinin üzərinə düşdü, lakin bunun ardınca Azərbaycan bazarı üçün olduqca qeyri-adi və qeyri-standart tətbiqetmə üsulu seçildi.
“SAP” - korporativ proqram təminatı sahəsində bazar lideridir və bütün ölçülərdə və bütün sənayelərdə şirkətlərə ən yaxşı biznes performansı nümayiş etməkdə kömək edir: sadəcə bir faktı qeyd etmək yetərlidir ki, SAP müştərilərinin payına dünya ticarətinin 87 %-i düşür.
Biz Azərbaycanda “SAP SuccessFactors Employee Central” bulud həllinin və “SAP Human Capital Management”-in lokal həllinin paralel hibrid tətbiqi modelini (“Side-by-side Hybrid”) istifadə etmək qərarı verən ilk şirkət olduq.
Seçdiyimiz tətbiq modelimizlə hazırda şirkətimiz bulud əsaslı ən qabaqcıl İR sistemindən istifadə edir, əməkdaşlarımıza işçi məlumatlarına ani giriş imkanı verir, sürətli özünəxidmət, avtomatlaşdırılmış təsdiq iş axınları, qabaqcıl hesabatlar və ən əsası əməkdaşlarımız bu sistemə istənilən zaman, dünyanın istənilən yerindən təhlükəsiz qaydada daxil ola bilir. Eyni zamanda, bütün işçi məlumatlarının saxlanması və emalı Azərbaycan ərazisində yerləşən “PAŞA Technology"-nin data mərkəzində tamamilə lokal olaraq həyata keçirilir, bu isə işçilərin şəxsi məlumatlarının saxlanmasına dair Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin tələblərini tam olaraq ödəyir.
Layihənin icrasının əsasən qlobal pandemiya şəraitində keçməsinə baxmayaraq, şirkətimiz rəhbərlik tərəfindən qərarın qəbul edildiyi tarixdən cəmi 12 ay ərzində layihənin pilot mərhələsini tam şəkildə həyata keçirməyə nail olub. Pilot çərçivəsində biz diqqətimizi təkcə bugünkü problem və tələblərə deyil, həm də şirkəti gələcək transformasiyaya hazırlamağa, yəni “SAP SuccessFactors”-dan geniş spektrli “Talent Management” həllərinin gələcəkdə tətbiqi planlarını nəzərə alaraq tələb olunan infrastruktur qurmuşuq. Məsələn, bunlara “Əməkdaşların işə qəbulu və uyğunlaşdırılması”, “Performansın idarə edilməsi və əməkdaşların dəaliyyətinin dəyərləndirilməsi”, “Əməkdaşların mükafatlandırılması”, “İşçi təcrübəsinin idarə edilməsi”, “İş sahəsi” və s. kimi həlləri aid etmək olar.
Onu da əlavə edək ki, layihənin pilot mərhələsi çərçivəsində “PAŞA İnşaat”, “PAŞA Management Company”, “PAŞA Property Management”, “PAŞA Malls” təşkilatlarında qurulan yeni sistemin tətbiq olunduqdan sonra 6 aydan artıq müddətdə uğurlu və stabil fəaliyyətini nəzərə alaraq, layihənin növbəti icra mərhələsinə başlanılıb. Sözügedən mərhələ çərçivəsində 2022 və 2023-cü illərində biznes qrupumuzdan daha çox şirkət, yəni “PAŞA Development”, “ABŞERON” otellər qrupu, “SAFFRON” restoranlar qrupu, “PAŞA Travel” və “Blue Planet” şirkətləri mərkəzi İR idarə edilməsi sisteminə qoşulacaq. Belə ki, hazırda yeni sistemdən biznes qrupumuzun 4 şirkəti üzrə 2000 yaxın işçi istifadə edirsə, 2023-cü ilin sonunadək 9 şirkət üzrə ümumi 4500 əməkdaşı əhatə edəcəyi planlaşdırılır.
Fürsətdən istifadə edərək, təşkilatda rəqəmsal transformasiyaya böyük diqqət və dəstəkləri üçün “PAŞA Holding”in rəhbərliyinə, daim peşəkar məsləhətlərinə görə “SAP”-nin Azərbaycan və digər ofislərində çalışan heyət üzvlərinə, həmçinin bu olduqca iddialı layihənin bütün mərhələlərində sistemin qurulmasında, təkmilləşməsində və texniki dəstək tərəfində olduqca etibarlı tərəfdaş rolunda çıxış etdikləri üçün “VESA Danışmanlık Bilgisayar Hizmetleri”-dən olan məsləhətçilərimizə dərin təşəkkürümü bildirmək istəyirəm.
Bu layihə həm də “PAŞA Holding”in bütün korporativ dəyərlərinin: dürüstlük, keyfiyyət, əməkdaşlıq, sahibkarlıq və gəlirliliyin işdə tətbiqinin gözəl nümunəsidir”.
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 2 gün sonra
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
30 d. əvvəl
Könüllü sığorta bazarı 15 %, icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb
- 37 d. əvvəl
- 48 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Füzulidə DOST məntəqəsi fəaliyyətə başladı
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Ən çox oxunanlar
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər















.jpg)
.jpg)

.jpg)

