Bu kredit təşkilatı mayasını tamamilə itirib, kapitalında 15 milyon manatdan çox kəsir yaranıb
"Para BOKT" ASC 2021-ci ili 5 milyon 414 min manat xalis zərər ilə başa vurduğundan təşkilatın yığılmış zərəri 48 milyon 180 min manata çatıb.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, yığılmış zərər "Para BOKT"un 29 milyon 266 min manat nizamnamə kapitalını silib. 2021-ci ilin sonunda təşkilatın cəmi kapitalı mənfi 15 milyon 69 min manat olub. 2020-ci ilin sonunda bu rəqəm mənfi 9 milyon 655 min manat idi.
Xəbər verdiyimi kimi, "PARA" BOKT ASC 2021-ci ili 5 milyon 414 min manat xalis zərər ilə başa vurub. ASC 2020-ci ili 11 milyon 718 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "PARA" BOKT-un xalis zərəri 2,2 dəfə azalıb.
Təşkilatın zərərinin düşməsinin əsas səbəbi dəyərsizləşmə üzrə zərərin azalması ilə əlaqədardır. "PARA" BOKT-un dəyərsizləşmə üzrə zərəri 2020-ci ildə 14 milyon 140 min manat ikən, 2021-ci ildə 10 milyon 336 min manat təşkil edib.
2020-ci ildə "PARA" BOKT-un faiz gəlirləri 7 milyon 124 min manat ikən, 2021-ci ildə 7 milyon 312 min manat təşkil edib.
18 filialı olan "PARA" BOKT-un işçi heyəti üzrə xərcləri ötən il 393 min manat təşkil edib (2020-ci ildə 934 min manat)
Ötən il "PARA" BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 32,3% azalaraq 2020-ci ilin sonundakı 34 milyon manatdan 23 milyon manata düşüb.
“Para — 1991-2016-cı illərdə "Parabank" adı ilə bank, 2016-cı ildən isə "Parabokt" adı ilə "bank olmayan kredit təşkilatı" (BOKT) kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























