Avropa Mərkəzi Bankı iyulda faizləri artıracağının siqnalını verdi
Avropa Mərkəzi Bankı (AMB) iyun iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib. Bank iyulun 1-də müntəzəm aktiv alışı proqramını (APP) bitirəcəyini açıqladı. İyul ayında faiz dərəcələrini 0,25 baza bəndi artırmaq niyyətində olduğunu bildirən bank, bu il və gələn il üçün inflyasiya proqnozlarını da yüksəldib.Avropa Mərkəzi Bankı (AMB, ECB) 3 həftə ərzində irimiqyaslı aktiv alışı proqramını bitirəcək.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi ECB kimi əsas faiz dərəcəsini 0 faiz, marjinal maliyyələşdirmə imkanını 0,25 faiz və depozit faizini mənfi 0,50 faiz səviyyəsində saxlayıb.
Bank 2015-ci ildə başlayan aktiv alışı proqramını iyulun 1-də bitirəcəyini, iyul ayında faiz dərəcələrini 0,25 bənd artırmaq niyyətində olduğunu açıqlayıb. Sentyabrda da artım gözlənilir.
Açıqlamada inflyasiya proqnozunun pisləşəcəyi təqdirdə sentyabrda daha böyük addım atmağın mümkün olduğu, sentyabrdan sonra da “tədrici, lakin davamlı” faiz artımının olacağı bildirilib. İnflyasiyada orta müddətli 2 faizlik hədəfə çatmaq üçün həyata keçiriləcək pul siyasətinin gələcək məlumatlardan asılı olacağı bildirilib.
İnflyasiya proqnozlarına yenilənib
Bank bu il və gələn il üçün inflyasiya proqnozlarını da artırıb. Müvafiq olaraq, 2022-ci il üçün inflyasiya proqnozu 5,1 faizdən 6,8 faizə, 2023-cü il üçün proqnoz 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün proqnoz isə 1,9 faizdən 2,1 faizə yüksəldilib.
Bank bugünkü qərarla rekord inflyasiya ilə mübarizə aparmaq üçün on ildən artıq müddətdə ilk dəfə faiz artırılmasına doğru mühüm addım atıb. Avrozonada illik inflyasiya may ayında rekord olmaqla 8,1 faizə çatmışdı.
Qərardan sonra avro dollar qarşısında 0,6% ucuzlaşaraq 1,0651 dollara düşüb (Saat 18:17-yə olan məlumat).
Laqard: İnflyasiya arzuolunmaz dərəcədə yüksəkdir
Qərardan sonra mətbuat konfransında danışan Bankın sədri Kristin Laqard qərarın yekdilliklə qəbul edildiyini bildirib. Laqard inflyasiyanın arzuolunmaz dərəcədə yüksək olduğunu və bir müddət yüksək qalacağını bildirib.
Laqardın bəyanatında diqqət çəkən məqamlar bunlardır;
- Rusiyanın Ukraynaya müdaxiləsi iqtisadiyyatlara təzyiq göstərib, enerji və xammal qiymətlərinin artmasına səbəb olub. Yenə də iqtisadiyyatın böyüməsini davam etdirməyə imkan verəcək şərtlər var.
- Biz pul siyasətini normallaşdırmaq üçün əlavə addımlar atmışıq. İyul ayında faizləri 0,25 bənd artırmaq niyyətindəyik. Sentyabr ayında da faiz dərəcələrini artırmaq niyyətindəyik. Faiz artımlarının həcmi orta müddətli inflyasiyanın proqnozundan asılı olacaq. Gözləntilər daha çox faiz artımının tələb olunacağıdır.
- Qlobal enerji qiymətləri qısa müddətdə yüksək olaraq qalacaq.
- Qiymət artımları daha çox sənaye sahələrinə yayılır. Müharibə böyümə üçün ciddi bir mənfi riskdir.
- İnflyasiya riskləri əsasən yüksəliş istiqamətindədir. Maliyyə sabitliyi mühiti pisləşdi.
-Mövcud vasitələrdən istifadə edəcəyik, lazım gələrsə, yeni alət ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























