Bütün sahibkarların pulsuz ala biləcəyi biznes kartı hansıdır?
(®) Hər bir sahibkar biznesinin başından ayrılmadan biznes kartına sahib ola bilər. Biznesinin hansı sahədə olmasından asılı olmayaraq, Unibank bütün sahibkarlara bu imkanı yaradır.
Sahibkarların həmişə yanında olan bank, pulsuz kart kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və eləcə də əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə bilərlər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər.
Xatırladaq ki, Unibank biznes sahibləri üçün təqdim etdiyi xidmətlərin əksəriyyətini onlayn edib. Sahibkarlar xeyli müddətdir ki, biznes kartların sifarişini çox rahat şəkildə, filiallara gəlmədən İnternet bankinq vasitəsilə edərək, hazır kartı öz ünvanlarında qəbul edə bilirlər. Unibank müştərisi olmayan sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər. Bunun üçün onlar əvvəlcə “Unibank”da Onlayn hesab açmalıdırlar. Bu zaman avtomatik olaraq İnternet Bankinq və Mobil Bankinq xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə bilər. “Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən yerindən pul vəsaitini almaq imkanı qazandırır.
“Unibank”ın biznes sahiblərinə təqdim etdiyi rəqəmsal xidmətlər siyahısında banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq və digər xidmətlər də var.
Sahibkarlar “Unibank”ın məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsələr, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























