Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklər!
(®) Xəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.
Bu yeniliyin daha əlçatan olmasını təmin etmək üçün Kapital Bank Mobil-POS xidmətinə yeni qoşulanlar üçün xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər. Həmçinin Mobil-POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.
Qeyd edək ki, xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.
Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 10 97 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























