Azərbaycan günəş, külək və hidrogen enerjisi üzrə meqa layihələr üçün - MÜQAVİLƏLƏR İMZALADI
Energetika Nazirliyi və Masdar quruda və dənizdə ümumi gücü 4 QVt olan külək və günəş enerjisi layihələri üzrə İcra müqavilələri imzalayıb“Bakı Enerji Həftəsi”nin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1QVt gücündə günəş və 1QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri üzrə İcra Müqaviləsi çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin ixracı məqsədilə müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır.
Dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə İcra Müqaviləsi isə istehsal və ixrac məqsədli külək elektrik enerjisi güclərinin yaradılmasını, karbonsuzlaşdırma, hidogenin istehsalı və ixracı istiqamətində kompleks tədbirlərin görülməsini nəzərdə tutur.
Energetika naziri Pərviz Şahbazov deyib:
“Bu gün Azərbaycan Prezidentinin bərpa olunan enerji mənbələrini ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirən “yaşıl” enerji kursuna uyğun olaraq “Masdar” şirkəti ilə meqa layihələrə imza atırıq. Bu 4000 MVt gücündə günəş, külək və “yaşıl” hidrogen layihələri regionda və energetika tariximizdə bərpa olunan enerji üzrə ən böyük istehsal gücləri olmaqla bərabər Azərbaycanın “yaşıl artım” ölkəsi, “yaşıl” enerjinin istehsalçısı və ixracatçısı kimi inkişafına geniş imkanlar, həmçinin çoxmilyardlı “yaşıl” investisiyanın cəlbinə fürsət yaradır. Bu layihələrin bir qisminin azad edilmiş ərazilərdə reallaşdırılması nəzərdə tutulur ki, bu da həmin bölgənin “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında inkişafına töhfə olacaqdır. Həmçinin dənizdə külək elektrik enerjisi güclərinin yaradılması və hidrogenin istehsal edilməsi ilə Xəzərin tarixində Azərbaycan vasitəsilə yeni səhifə açılır.”
“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi deyib:
“Bu müqavilə “Masdar” şirkəti ilə Azərbaycan arasında mövcud olan sıx münasibətləri daha da möhkəmləndirəcək və “təmiz” enerji sahəsində milli məqsədlərə nail olmağa əhəmiyyətli töhfə verəcəkdir. Şirkətimizin bərpa olunan enerji mənbələri sahəsində bilik və təcrübəsi Azərbaycanda enerji keçidini dəstəkləyəcək, eyni zamanda dayanıqlı inkişafa, enerji təhlükəsizliyinin təminatına və zərərli tullantıların azaldılmasına dəstək verəcəkdir. Biz Azərbaycanda tərəfdaşlarımızla bir çox layihələrin birgə reallaşdırılmasını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, hazırda “Masdar” şirkəti ilə 220 milyon ABŞ dollarından çox investesiya hesabına 230 MVt gücündə Qaradağ GES-in inşası üzrə əməkdaşlıq edilir.
“Masdar” şirkəti 2030-cu ilə qədər balansında ümumilikdə 50 QVt, sonrakı illərdə isə 100 QVt-dan çox qoyuluş güclərinin olacağı gözlənilən dünyanın ən sürətlə inkişaf edən bərpa olunan enerji şirkətlərindən biridir.
HƏMÇİNİN OXU: Energetika Nazirliyi və bp arasında növbəti razılaşma
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
50 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
56 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
59 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















