Kapital Bank-da Müstəqillik Günü qeyd edilib
(®) Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi komanda quruculuğu tədbiri keçirilib. Bir qayda olaraq hər il keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə “BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer alıb.
Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub. Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz təamlarından dadaraq milli musiqi ansamblının ifalarını dinləyiblər.
Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb, habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.
Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun inkişafına müsbət təsir göstərir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
9 d. əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
-
41 d. əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Ən çox oxunanlar
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
























