Uyğun qiymətə mənzillər üçün 900 milyon manat tələb olunur
Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq.
“Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması artan mənzil tələbatı fonunda tikinti sektorunu stimullaşdırmaq məqsədi daşıyır. Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanda mənzil fondunun inkişafı məqsədilə uyğun qiymətə mənzil təminatı layihələri hazırlayacaq və mənzil bazarının səmərəli fəaliyyətinə şərait yaradan əsas mexanizmlərin (dövlət dəstəyi, layihə resurslarının birləşdirilməsi, özəl sektor tərəfdaşlarının iştirakı və ipoteka bazarının səmərəliliyinin təmin edilməsi) formalaşdırılması və həyata keçirilməsini təşkil edəcək. Agentliyin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti layihələrində sifarişçi qismində çıxış edərək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə yaradılıb”, - deyə sənəddə vurğulanıb.
Strateji yol xəritəsində bildirilib ki, 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi və bu məqsədlə yaşayış binalarının və müvafiq sosial infrastrukturun tikilməsində Mənzil İnşaatı Dövlət Agentliyinin mövqeyinin gücləndirilməsi, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışda isə rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı ilə bağlı çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.
Sənəddə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla 2020-ci ilədək olan dövr üçün Azərbaycanın uyğun qiymətə mənzil təminatı sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilib:
· Uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi;
· Mənzil İnşaatı Dövlət Agentliyinə müəyyən strategiya və hədəflərə əsaslanan
səlahiyyətlərin verilməsi;
· Uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi.
“Uyğun qiymətə mənzil təminatı üzrə strateji məqsədlərə nail olmaq üçün hər bir prioritet üzrə müxtəlif hədəf indikatorlarından (“MİDA” MMC tərəfindən təhvil verilmiş mənzillərin sayı, mənzillərin orta inşaat müddəti, alıcıların sayı və s.) istifadə edilməsi nəzərdə tutulur. Əsas strateji məqsədlərə Azərbaycan Respublikası vətəndaşlarının, xüsusilə də aşağıgəlirli ailələrin mənzil şəraitinin daha da yaxşılaşdırılması, tikinti sektorunda rəqabət mühitinin artırılması və sektorun inkişaf dinamikasının davamlılığının təmin edilməsi, eləcə də bu istiqamətdə dövlət siyasətinin icrasının təmin edilməsi daxildir”, - deyə sənəddə vurğulanıb.
Sənəd müəlliflərinin hesablamalarına görə, 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 mln. və dolayı 81 mln. manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Sənəddə qeyd olunub ki, təsirin gerçəkləşdirilməsi dövlət–özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























