Güzəştli kreditlər üzrə Kiçik Kredit Skorinq Modelinin tətbiqinə başlanılıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn maarifləndirici təlim keçirib.
Fondun yaydığı məlumatda bildirilir ki, təlimdə Kiçik Kredit Skorinq Modelinin (KKSM) təqdimatı keçirilib, üstünlükləri və tətbiqi barədə ətraflı məlumat verilib. Bildirilib ki, KKSM kredit məbləği 200 min manat və ondan az olan müraciətlər üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinə dair təqdim edilmiş məlumatların emalını, nəticələrinin təhlilini və rəy verilməsini təmin edən avtomatlaşdırılmış modeldir.
Skorinq modelinin tətbiqi nəticəsində proqnoz maliyyə planları Fond tərəfindən formalaşdırılaraq qiymətləndiriləcək və bununla da, kredit təşkilatları tərəfindən həmin hesabatların hazırlanmasına sərf olunan vaxta qənaət ediləcək. Bundan əlavə, KKSM investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi, kredit müraciətləri üzrə aparılan ekspertizanın keyfiyyətinin və səmərəliliyinin artırılması, investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verəcək.
Gələcəkdə 200 min manatdan yuxarı kreditlər üzrə də skorinq modelinin tətbiqi nəzərdə tutulur.
Sonda kredit təşkilatları tərəfindən investisiya layihəsinə dair məlumat formasının hazırlanması əyani olaraq iştirakçılara nümayiş etdirilib, suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım





























