“Azərsığorta” şirkəti yanvar-aprel aylarında 8271 müştəriyə – ÖDƏNİŞ VERİB
100 ildən çox tarixə malik olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-aprel ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin Mətbuat katibliyindən Marja-ya verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 8 milyon 470 min manat olub.
Qeyd edək ki, cari ilin yanvar ayından etibarən sığorta ödənişlərinin verilməsində artan tendensiya müşahidə olunur. Belə ki, yanvar ayı ilə müqayisədə aprel ayında verilən sığorta ödənişlərinin həcmi 6 milyon 474 min manat və ya 4,2 dəfə artaraq 8 milyon 470 min manat təşkil edib.
Bununla yanaşı, qeyd olunan dövrdə sığorta ödənişi alan müştərilərin sayında da artım müşahidə olunub. Cari ilin yanvar ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, aprel ayında bu rəqəm 518 nəfər və ya 29,2% artaraq 2290 nəfərə çatıb.
Ümumilikdə, cari ilin yanvar-aprel ayında “Azərsığorta” şirkəti tərəfindən 8271 müştəriyə sığorta ödənişi verilmişdir.
Qeyd edək ki, cari ilin yanvar-aprel ayları üzrə AR Mərkəzi Bankın açıqladığı hesabata əsasən, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti ödənişlərin həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 58 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























