Neftin qiyməti martın 9-dan bəri ilk dəfə bir barel üçün 118 dolları ötüb
ABŞ-da yay avtomobil mövsümünün başlaması ərəfəsində tədarük çatışmazlığı gözləntiləri və tələbin artması perspektivləri fonunda əmtəə qiymətləri yüksəlir.Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri 1% artaraq bir barelə görə 118,57 dollara yüksəlib. Brent markalı neftin bir barelinin qiyməti bu il martın 9-dan bəri ilk dəfə olaraq 118 dolları ötüb.
Marja xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,68% artaraq 114,71 dollar/barelə bərabər olub.
Yay səfərləri mövsümü ərəfəsində ABŞ-da yanacaq təchizatı çatışmazlığı əlamətləri fonunda neft qiymətləri yüksəlir. ABŞ Enerji Departamentinin çərşənbə günü açıqladığı məlumatlara görə, ölkənin benzin ehtiyatları 2014-cü ildən bəri ən aşağı mövsümi səviyyəyə düşüb. ABŞ-ın kommersiya neft ehtiyatları da keçən həftə 1,02 milyon barel azalaraq 419,8 milyon barrelə geriləyib.
UBS-in analitiki Giovanni Staunovo deyib: “Neft qiymətləri ABŞ-ın neft ehtiyatlarının yenidən azalması sayəsində mart ayından bəri ən yüksək səviyyəyə qalxıb".
"ABŞ-da yay mövsümü və güclü səyahət tələbi yaxın perspektivdə qiymətləri dəstəkləməlidir. Təklif artımı tələb artımından geri qaldığından, neft bazarında çox güman ki, tədarük çatışmazlığı qalacaq. Buna görə də biz neft qiymətləri ilə bağlı müsbət proqnozu saxlayırıq”, - Staunovo əlavə edib.
"BCS World of Investments" şirkətinin eksperti İqor Qalaktionov bildirib ki, ABŞ-da avtomobil sürülməsi mövsümünün başlanması ərəfəsində yanacaqla bağlı vəziyyət çox gərgindir. Eyni zamanda, Rusiyadan dəniz nəqli azalır və bu, gələn həftənin əvvəlində elan oluna biləcək Avropa İttifaqından tədarüklərə qadağa təhlükəsi ilə izah olunur, İndiyə qədər neft qiymətlərini məhdudlaşdıran amil Çindəki karantin idi.
OPEC+ ölkələri növbəti ay üçün hasilat kvotalarını təyin etmək üçün gələn həftə toplaşacaqlar. Alyans ölkələrinin əvvəllər razılaşdırılmış qrafikə əməl etməyə davam edəcəyi və kvotanı gündə 432 min barel artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
3 saat əvvəl
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək
-
3 saat əvvəl
Pambıq yığımı yekun mərhələdə - İndiyədək 345 min ton xam pambıq toplanıb
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
Ən çox oxunanlar
"Fitch Ratings" Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Yanacaqdoldurma obyektləri sahiblərinin nəzərinə - Sertifikat, şəhadətnamə, inspeksiya rəyi əldə edilməlidir
Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Estoniyanın Azərbaycandakı səfirliyi gələn il açılacaq
"Netflix", "Warner Bros. Discovery" üçün təklif verib













.jpg)












