BVF Azərbaycanda fiskal islahatlarla bağlı missiya hesabatı açıqlayıb
BVF Azərbaycanda fiskal islahatlarla bağlı may ayının 20-də yeni hesabat açıqlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, müvafiq hesabat BVF missiyasının 2021-ci ilin may və avqust ayları üzrə ölkədə apardığı araşdırma və tədqiqatlara əsaslanır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının (GFS) vəziyyətinin ümumilikdə akdekvat olması vurğulanıb. Eyni zamanda, GFS-in daha geniş dövrləri əhatə edən və qərar qəbuletmə proseslərinə təsirini gücləndirmək məqsədi ilə missiya qrupu tərəfindən 1 illik xüsusi tədbirlər planı hazırlanıb.
Hazırda Azərbaycanda GFS üzrə mövcud olan infrastruktur və hesabatlılığın xüsusiyyətləri barədə məlumatlar hesabatda qeyd olunub. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması hesabatda əks olunub. İnstitusional baxımından, GFS-in dövlət büdcəsi, büdcədənkənar fondlar, sosial sığorta fondları, digər dövlət və yerli əhəmiyyətli fondların fəaliyyəti barədə məlumatlılığı əks etdirməsi bildirilib. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti, vəzifə və səlahiyyətləri barədə məlumatlar qeyd edilib.
Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb. İnkişaf etmiş fiskal şəffaflığın daha əlverişli investisiya mühiti təmin etməklə iqtisadi inkişafı daha da sürətləndirəcəyi də bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















