"Bir çoxları deyir ki, məzənnə saxtadır. Bu yanlışdır, məzənnə tamamilə bazara əsaslanır"
"Hazırda rublun məzənnəsi tamamilə bazara əsaslanır""Hazırda Rublun məzənnəsi hakimiyyət tərəfindən heç bir təsir olmadan tamamilə bazar qaydaları əsasında formalaşır".
Marja.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin deyib.
"Bir çoxları deyir ki, məzənnə saxtadır. Onlar reallığı inkar etməyə çalışırlar. Amma əslində məzənnə keçən il süni idi. Bu il isə heç bir xarici təsir olmadan tamamilə bazara əsaslanır", - Oreşkin bildirib.
O qeyd edib ki, hazırda məzənnə möhkəmlənməkdə davam edir. Oreşkin izah edib ki, Mərkəzi Bank və Maliyyə Nazirliyi bazarda xarici valyuta alışını dayandırıb, kapitalın dost olmayan ölkələrə çıxarılması və bu dövlətlərdəki investorlara ödənişlər etmək imkanları bağlanıb.
"Avropa İttifaqı ölkəmizə ixracı ciddi şəkildə məhdudlaşdırıb və buna görə də mal almaq və idxal imkanları ciddi şəkildə azalıb. Nəticədə biz indi elə vəziyyətə düşmüşük ki, ölkəmizə çoxlu xarici valyuta gəlir, amma ölkənun buna ehtiyac xeyli azalıb. Daxil olan nə dollara, nə də avroya indi ölkənin böyük ehtiyacı olmadığından və ölkə onlarla heç nə edə bilmədiyindən biz milli valyutanın ciddi möhkəmlənməsini görürük”, - deyə prezident köməkçisi bildirib.
Oreşkin ilin sonuna qədər Rusiyada inflyasiyanın 15%-i keçməyəcəyini proqnozlaşdırır: "Həftəlik inflyasiyanın yavaşladığını görürük. Önümüzdəki həftələrdə davamlı deflyasiya tendensiyasına girəcəyik".
Oreşkin hesab edir ki, Rusiya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündən sonra bərpa olunmağa başlayacaq və ilin sonuna kimi Rusiyanın ÜDM-də azalma proqnozlaşdırılandan xeyli az olacaq. Rusiya Federasiyası Prezidentinin köməkçisi onu da qeyd edib ki, hazırda Rusiyada işsizlik vəziyyəti tam idarə olunur.
Qeyd edək ki, bahalaşan Rubl Rusiyanın idxal və xarici borclar üçün milli valyutada xərclərini azaldır.
Bu gün Moskva birjasınıda dolların məzənnəsi 61,75 rubla düşüb. Dollar 2020-ci ilin yanvarından bəri ilk dəfə olaraq 62 rubldan aşağı düşüb. Avronun məzənnəsi 3,28% azalaraq 64,51 rubl təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























