Mərkəzi Bank mənfəətdən zərərə keçib
Azərbaycan Mərkəzi Bankı 2021-ci ili 162 milyon 746 min manat xalis zərər ilə başa vurub. Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 151 milyon 881 min manat ikən, 2021-ci ildə 121 milyon 86 min manata geriləyib. Mərkəzi Bankın haqq və komissiya gəlirləri isə 10 milyon 251 min manatdan (2020-ci il) 20 milyon 488 min manata yüksəlib.
Ötən il xalis zərərin səbəbləri faiz gəlirlərinin azalması, qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərər, qiymətli kağızların realizasiyası üzrə xarici zərər və valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərərdir.
Mərkəzi Bankın 2020-ci ilin sonunda 596 milyon 9 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 2021-ci ilin sonunda 183 milyon 263 min manaat təşkil edib. 412 milyon 746 min manatlıq azalmanın 250 milyon manatı dövlət büdcəsinə köçürmə, 162 milyon 746 min manatı isə ötən ilin xalis zərər ilə bağlıdır.
Mərkəzi Bankın cəmi aktivləri 2020-ci illə müqayisəıdə 2021-ci ildə 924 milyon 598 min manat və ya 3,6% artaraq 26 milyard 410 milyon 568 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























