Dövlət Xidməti duz bazarında fəaliyyət göstərən şirkətlər haqqında iş qaldırıb
Duz bazarında antiinhisar qanunvericiyilinin pozulması əlamətləri üzrə iş qaldırılıb.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.
Marja.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrədir. Bu maddələr - bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsini (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərar vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsini; bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişləri nəzərdə tutur.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC "Azərsun Holdinq"ə daxil olan şirkətlərdir.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Abşeron yarımadasında yerləşən "Azərbaycan Duz İstehsat Birliyi" kimi fəaliyyət göstərən Masazır duz zavodu 2010 ildə istifadəyə verilmişdir. Xammalı Masazır gölündən təmin olunan zavod ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 35 000 tondur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















