MKT İK MMC Saatlı şəhərində "Açıq Qapı" günü təşkil edib
(®) “MKT İK MMC” “Dövlət Məşğulluq Agentliyi” ilə birgə 07.05.2022 tarixində Saatlı şəhərində “Açıq Qapı” günü keçirmişdir.
Təşkil edilən tədbirdə əsas məqsəd şirkətin Saatlı və ətraf regionlarda yerləşən zavod və fabriklərində mövcud olan vakansiyalara uyğun namizədlərlə görüşmək, həmçinin MKT İK MMC-nin tətbiq etdiyi "Vahid İşəqəbul Platforması" çərçivəsində namizədlərin qeydiyyatının aparılması olmuşdur.
Keçirilən tədbirdə 200-dən çox namizədlə görüşlər həyata keçirilib və müraciət edən namizədlərin uyğun vakansiyalar üzrə işlə təmin olunması üçün müvafiq işlər aparılıb.
“Vahid İşəqəbul Platforması”nın tətbiqindən sonra şirkət “Açıq Qapı” günlərini ölkəmizin müxtəlif regionlarında müntəzəm olaraq davam etdirəcəkdir.
Qeyd edək ki, May ayının 17-si Salyan, 19-u isə Biləsuvar rayonunda “Açıq Qapı” günlərinin təşkil edilməsi planlaşdırılır.
Şirkət tədbirin təşkil edilməsində xüsusi dəstək göstətən “Dövlət Məşğulluq Agantliyi”nə təşükkürünü bildirir və bu kimi faydalı tədbirlərin davamlı olmasının arzu edir.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci ilin Yanvar, Fevral, Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























