"Qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rəsmiləşdirirlər"
İstehsalçı sahibkarlar Dövlət Gömrük Komitəsinin sədri ilə görüşmək istəyir.Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına müraciət etmişdi.
Assosiasiyanın Analitika və İctimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda bildirilir ki, müraciət olunan dövlət qurumlarından Dövlət Gömrük Komitəsi xaric Assosiasiya üzvləri ilə görüşərək, problemlərimizi dinləyib, onların həlli istiqamətində müəyyən addımlar atılmağa başlanıb. Hətta özəl şirkət olan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyi də quş əti və yumurta istehsalçıları ilə görüşərək, “Araz” və “OBA” marketlər şəbəkələri yaranan problemləri müzakirə edib.
Məlumatda qeyd edilib ki, indiyədək müraciət etdiyimiz yalnız bir qurumdan – Dövlət Gömrük Komitəsindən sahibkarların müraciətinə hər hansı reaksiya verilməyib.
"Halbuki quş əti və yumurta istehsalçıları bir neçə istiqamətdə gömrük orqanları ilə çətinliklər yaşamaqdadırlar. Məsələn, qanunvericiliyə əsasən kənd təsərrüfatı istehsalı və emalı üçün gətirilən avadanlıqlar idxal rüsumlarından azaddır. Lakin gömrük orqanları ən müxtəlif bəhanələrlə quş əti və yumurta istehsalçılarının gətirdikləri istehsal avadanlıqlarını rüsuma cəlb etməyə çalışırlar. Əvəzində isə Türkiyədə topdansatış qiyməti 50 sent olan 1 günlük cücələrin Azərbaycana idxalını 25 sentə rahatlıqla rəsmiləşdirirlər. Özü də Türkiyədəki satış qiymətlərini təsdiq edən sənədləri dəfələrlə Dövlət Gömrük Komitəsi rəsmilərinə təqdim etdiyimiz halda...", - Assosiasiyanın yaydığı məlumatda bildirilir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası güman edir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu məsələlərdən xəbəri yoxdur: "Buna görə də onunla görüşmək niyyətimizi kütləvi informasiya vasitələrinin köməyilə özünə çatdırmaq qərarına gəldik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















