Lada avtomobillərinin satışı kəskin azalıb
Aprel ayında Rusiyada AvtoVAZ-ın Lada avtomobillərinin satışı ötən ilin eyni ayı ilə müqayisədə 78% azalaraq 8,5 min ədədə düşüb.Ötən ay Rusiyada 32,7 min yeni avtomobil satılıb. Ən çox satılanların üçlüyünə yalnız Lada modelləri daxil olub.
Marja.az xəbər verir ki. Rusiyada yeni minik avtomobili və yüngül kommersiya avtomobil satışı 2022-ci ilin aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə 78,5% azalaraq 32 706 ədəd olub.
Bu barədə məlumatlar Avropa Biznes Assosiasiyasının (AEB) hesabatında yer alıb.
Ən populyar 25 brendin siyahısına daxil olan bütün şirkətlərin satışlarında kəskin azalma müşahidə olunub. Lider 8506 yeni avtomobil satan yerli AvtoVAZ olaraq qalır ki, bu da bir il əvvəllə müqayisədə 78% azdır.
İkinci yerdə 4604 avtomobillə Kia (-76%), üçüncü yerdə isə 4150 avtomobillə Hyundai (-73%) qərarlaşıb. Dördüncü yeri satışları 84% azalaraq 2231 ədəd olan Renault tutur. İlk beşliyi 1892 avtomobillə (-61%) QAZ-ın kommersiya bölməsi bağlayır.
Ayrı-ayrı modellərə gəlincə, aprel ayında "bestseller"lər arasında ilk üç yeri AvtoVAZ modelləri tutub: Lada Granta (2598 ədəd), Lada Vesta (1977 ədəd) və Lada Niva (1941 ədəd). Dördüncü və beşinci yerlərdə müvafiq olaraq 1804 ədəd və 1660 ədəd satılan Cənubi Koreyanın Hyundai Solaris və Kia Rio modelləri var.
Ümumilikdə, 2022-ci ilin yanvar-aprel aylarında Rusiyada 293 846 yeni minik avtomobili satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43% azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




