ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!
ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib.
“Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb. “Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
“Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.
ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb.
Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























