Ən çox azalma “Atəşgah Sığorta”dadır
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 9-nun ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə az olub.
Bunlar “Azərbaycan Sənaye Sığorta” (ASS), “PAŞA Həyat Sığorta”, “Meqa Sığorta”, “Xalq Sığorta”, “İpək Yolu Sığorta”, “Azsığorta”, “A-Qrup Sığorta”, “Meqa Həyat Sığorta” və “Atəşgah Sığorta” ASC-lərdir.
Ən çox azalma “Atəşgah Sığorta”da (90,2%), ən az azalma isə ASS-də (0,7%) qeydə alınıb.
4 sığorta şirkəti – “Atasığorta”, “Bakı Sığorta” və “Günay Sığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ötən ili zərərlə, əvvəlki ili mənfəətlə, 1 sığorta şirkəti – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə ötən ili mənfəətlə, əvvəlki ili isə zərərlə başa vurub. Odur ki, bu şirkətlərin (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 6 sığorta şirkətinin (xalis) mənfəəti isə artıb. Ən yüksək dinamika “Xalq Həyat Sığorta” ASC-də (7 dəfə), ən aşağı dinamika isə “PAŞA Sığorta” ASC-də (19,4%) qeydə alınıb.
5 sığorta şirkətinin ötənilki (xalis) mənfəəti 5 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-ü ötən ili zərərlə başa vurub. Bunlar, “Günay Sığorta”, “Bakı Sığorta” və “Atasığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).
Qalan 16 sığortaçı müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Sığorta” (24,634 milyon manat), “PAŞA Həyat Sığorta” (17,714 milyon manat), “Qala Sığorta” (9,373 milyon manat), “Atəşgah Həyat Sığorta” (6,432 milyon manat) və “Xalq Sığorta” (5,029 milyon manat) ASC-lərdir.
Qalan 11 sığorta şirkətindən 5-nin (xalis) mənfəəti 1-5 milyon manat arasında, 6 şirkətin (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 29 d. əvvəl
-
50 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























