Cabbarov yaponlar ilə investisiyaların artırılmasını və “yaşıl enerji”ni müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.
Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 2022-ci ilin “Azərbaycan - Yaponiya Dostluq İli” elan olunduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına dair fikirlərini bölüşüb.
Tərəflər iqtisadi, xüsusilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















