Mayın 10-da “İnvestor” stimullaşdırıcı lotereyasının ilk tirajı keçiriləcək
10.05.2022-ci il tarixində “İnvestor” stimullaşdırıcı lotereyası üzrə ilk tiraj keçiriləcək.Azərbaycan Fond Bazarı İştirakçıları Assosiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasına start verilib.
Assosiyanın yaydığı məlumata görə, 9 mart 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının üzvü olan, İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 AZN qazanmaq şansı əldə edir.
Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir.
Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq.
Tədbirin başlama vaxtı: saat 14:30, 10.05.2022-ci il
Tədbirin baş tutacağı məkan: Bakı Fond Birjası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır





























