"PAŞA Kapital” 10 milyon dollarlıq istiqraz emissiyasını həyata keçirdi - HƏRRACIN NƏTİCƏSİ
(®) Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
Hərrac yekunlarına əsasən istiqrazlar üzrə tələb təklifi üstələmişdir.
Belə ki, təklif edilən həcm 10 milyon ABŞ dolları olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 11 milyon 121 min ABŞ dolları təşkil etmişdir.
Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1013.96 ABŞ dolları (kəsmə gəlirlilik 4.5%), orta ölçülmüş qiyməti isə 1020.3993 ABŞ dolları (orta ölçülmüş gəlirlilik 4.27%) müəyyən edilmişdir.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 5%-dir və faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























