Tibbi sığorta sistemində islahatlar müzakirə olunub
Caspian European Club və Caspian American Club-un Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin iştirakı ilə bu gün (14 iyun) təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Biznes-forumda çıxış edən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Agentliyin fəaliyyəti və gələcək planları barədə məlumat verib.
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, icbari tibbi sığortanın pilot layihəsi Yevlax rayonunda və Mingəçevir şəhərində uğurla davam etdirilir”, - deyə Zaur Əliyev qeyd edib. Onun sözlərinə görə, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın 1829 tibbi xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər. O vurğulayıb ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində çalışan həkimlərin, orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb.
Zaur Əliyev bildirib ki, İcbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir.
“İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir”, - deyə qurumun rəhbəri söyləyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək.
“Bu, mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin xüsusi formasıdır”, - deyə Zaur Əliyev çıxışına yekun vurub.
Biznes-forum çərçivəsində Caspian European Club şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar verib, həmçinin bizneslə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında fəal dialoqun davam etdirilməsi üçün təkliflər irəli sürüblər. Telman Əliyev qeyd edib ki, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilənədək Zaur Əliyev Caspian European Club-un İdarə heyətinin üzvü olub və müxtəlif layihələrin müzakirəsində, həyata keçirilməsində fəal iştirak edib.
Biznes-forumda çıxış edən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Zaur Əliyevə minnətdarlığını bildirib.
Telman Əliyev qeyd edib ki, sentyabrdan etibarən Gürcüstanda Tbilisi və Batumidə biznes-forum, CEO Lunch, treninq, seminar və dəyirmi masaların, illik Caspian Energy Forum-un, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq.
O həmçinin bildirib ki, Klub 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, Caspian European Club və Caspian American Club təsis olunduğu ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club və Caspian American Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı Zaur Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
9 d. əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
-
22 d. əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
2 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı











.webp)











