6 milyona yaxın azərbaycanlı həftədə bir dəfə və ya daha çox kartla ödəniş edir - ARAŞDIRMA
Təxminən 6 milyon insan bir, 19 faizi iki və ya daha çox bank kartına malikdir.Azərbaycanlılar getdikcə daha çox nağd puldan imtina edir və daha rahat və etibarlı ödəniş üsullarından istifadə edirlər.
Marja.az Visa-nın son araşdırmasına istinadən xəbər verir ki, ölkədə əhalinin 59 faizinin və ya təxminən 6 milyon insan bir, 19 faizi iki və ya daha çox bank kartına malikdir.
Eyni zamanda, respublikanın hər ikinci vətəndaşı həftədə bir dəfə və ya daha çox ödəniş etmək üçün kartdan istifadə edir. Kartdan əsasən xaricdə alış-veriş, onlayn mağazalarda və onlayn xidmətlərdə malların ödənilməsi, həmçinin telekommunikasiya və kommunal xidmətlər üçün istifadə olunur.
Həmçinin nağdsız rəqəmsal ödənişlərin məşhur kateqoriyalarına aşağıdakılar daxildir:
• vergilərin, rüsumların və cərimələrin ödənilməsi;
• məişət texnikası mağazalarından malların alınması;
• supermarketlərdə alış-veriş;
• geyim mağazalarında ödəniş;
• yanacaqdoldurma məntəqələrində ödəniş;
• otellərdə yerləşmə üçün ödəniş.
Araşdırmanın nəticələrinə görə, respublika vətəndaşlarının təxminən 17%-i yaxın altı ayda kart açmağa hazırdır. Eyni zamanda, azərbaycanlılar bankın etibarlılığına, fırıldaqçılıqdan qorunma səviyyəsinə, filial və terminalların mövcudluğuna və yerləşməsinə, kartdan istifadə zamanı komissiyaların olmamasına, eləcə də kredit məhsullarının mövcudluğuna, pulun çıxarılması və köçürmələrin aparılmasının asanlığına xüsusi diqqət yetirirlər. Bundan əlavə, istehlakçılar maliyyə institutu və bank məhsullarını seçərkən hesablarının doldurulması və ya P2P köçürmələrinin həyata keçirilməsi üçün komissiyalar, eləcə də kartın texniki xidmət haqqı kimi parametrləri də vacib hesab edirlər.
Sorğunun məlumatları onu da göstərib ki, Azərbaycanda bir sıra sahələrdə hələ də nağd ödənişlər üstünlük təşkil edir - ilk növbədə nağd puldan uşaqlar üçün mağazalarda alış-veriş, poçt xidmətləri, tibbi xidmətlər, eləcə də apteklərdən alış-veriş üçün istifadə olunur. Bu, həm də ölkədə nağdsız ödənişlərin daha da inkişaf etdirilməsi və bank məhsullarının nüfuzunun artması potensialından xəbər verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























