İnvestorlara təqdim etmək üçün KOB subyektlərindən investisiya layihələri qəbul olunur
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.
KOB subyektlərindən daxil olan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurulmaqla yeni formada işlənib hazırlanacaqdır.
Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcəkdir.
Müraciət etmək istəyən KOB subyektlərindən müraciət formasını (https://bit.ly/3kFMdhL) doldurmaqla 3 iyun 2022-ci il tarixinədək göndərmələri (e-mail: [email protected]) xahiş olunur.
KOB subyektinin əlavə sualı yaranarsa: (012) 511 05 11, Heydər Abışov.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























