ABŞ hərbçilərinin Ukraynanın müdafiəsinə cəlb olunması ilə bağlı qətnamə Konqresə təqdim edilib
ABŞ Konqresinə Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakına icazə verən qətnamə layihəsi təqdim edilib.
“RİA Novosti“yə istinadən xəbər verir ki, qətnaməni Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger təqdim edib.
Qətnamə layihəsində Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanı qorumaq üçün Amerika hərbi qüvvələrinin iştirakı nəzərdə tutulub.
Layihəyə dair izahatda deyilir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ Prezidentinə “Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi” vəziyyətə cavab vermək üçün Amerika qüvvələrindən istifadə etmək imkanı verəcək.
“Dövlət katibi Enton Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”, - deyə Kinzinger bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
6 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
6 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
12 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























