İnflyasiyanın aşağı salınması üçün dövriyyədə olan nağd pul azaldılacaq
Mərkəzi Bank pul bazası ilə bağlı proqnozuna düzəliş edib.Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.
Marja.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair yaydığı məlumatında bildirilir.
Qeyd edilib ki, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.
Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7.2% azalmışdır. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilmişdir (düzəliş edilmişdir - red) ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcəkdir.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin 1-ci rübündə bank sistemi üzrə kredit portfeli 5.2% artmışdır. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3.9% artmışdır.
Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























