1 milyon 125 min dollarlıq kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürüləcək
SOCAR İstiqrazları üzrə ikincici kupon ödənişinə dair məlumat yayılıb.
“SOCAR Capital” şirkətindən Marja.az-a verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 4 may tarixində (1, 2, 3 may tarixləri qeyri–iş günlərinə təsadüf etdiyindən, qanunvericiliyə əsasən, növbəti ilk iş günü) istiqraz sahiblərinin hesablarına köçürüləcək.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş yeni SOCAR İstiqrazları ikinci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1.125 milyon dollar gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 2 milyon 250 min dollara yüksəlmiş olacaq (5 ilin yekununda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)
Sadəcə 6 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 21 milyon dollara çatması, bağlanmış əqd sayının 160-ı ötməsi və Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları üzrə cari ilin aprel ayında Bakı Fond Birjasında bu günə qədərki ən yüksək qiymət olan 1094 dollar dəyərində əqdlər bağlanıb və istiqrazların qiyməti heç vaxt nominaldan (1000 dollar) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti–üçüncü kupon ödənişi 1 avqust tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























