Azərbaycanda ilk dəfə ekoloji avtomobillərin yürüşü keçiriləcək
Ölkəmizdə ilk dəfə “Ekoloji təmiz avtomobillər”in yürüşü baş tutacaq. Layihə Azərbaycan Respublika Prezidentinin, Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər adlı 2 fevral 2021 ci il sərəncamının 5 ci bəndinə, “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) təmsil etdiyi özəl sektor nümayəndələri tərəfindən həyata keçirir.
Marja.az xəbər verir ki, tədbirin məqsədi və bəzi detalları barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib:
“Məlumdur ki, dünyanın istənilən ölkəsində avtomobil yürüşləri cəmiyyətin diqqətini hər hansı problemə cəlb etmək məqsədilə keçirilir. Adından görünür ki, “Yaşıl ölkə” yürüşü ətraf mühitin qorunması ilə bağlıdır. Bəs görəsən bu ideya nədən qaynaqlandı və yürüşün proqramı nədən ibarət olacaq?
İlk əvvəl məlumat verim ki, AADA sıralarında 40-dan çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birləşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiya mütəmadi olaraq araşdırmalar aparır, müxtəlif təkliflər hazırlayır, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr təşkil edir. Bununla yanaşı AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 20 ildən çoxdur ki, biz “Caspian Motor-Show”, “Caucasus Motor-Show” adlı avtomobil sərgiləri təşkil edirik. Müstəqil Azərbaycanda elə ilk avtomobil yürüşünü də bizim assosiasiya hələ 1999-cu ildə təşkil etmişdi.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün İşçi qrup tərəfindən bir sıra tədbirlərin təşkili AADA-ya həvalə olunub.
Bizim araşdırmalar göstərir ki, yollarımızda istismar edilən təxminən 900 min minik avtomobilinin yaşı 10 ildən yuxarıdır. Bu ölkə avtoparkının 77 faizi deməkdir. 500 mindən çox avtomobilin istismarı isə ümumiyyətlə təhlükəli və ətraf mühit üçün son dərəcə zərərlidir. Problemin aradan qaldırılması, müasir və ekoloji cəhətdən əlverişli avtomobillərin daha əlçatan olması üçün bu ildən başlayaraq, hökumət tərəfindən vergi imtiyazları tətbiq olunmağa başlanılıb. Belə ki, buraxılış ili üç ildən az olan hibrid və elektromobillər idxal və satış zamanı əlavə dəyər vergisindən azad olunur. Hazırda elektromobillərin gömrük rüsumlarından tam azad olunması məsələsi də gündəmdədir. Buna baxmayaraq, adı çəkilən texnologiyalar bahalı olduğundan, bu avtomobillər hələ də kütləvi alıcı üçün əlçatan deyil. Aydındır ki, ekoloji avtomobillərin satışı üçün cəlbedici bank kreditləri də tətbiq edilməlidir. Elektromobillərin geniş populyarlıq qazanması üçün bütün ölkələr qarşısında duran əsas vəzifələrdən biri də sürətli enerji doldurma stansiyaları şəbəkələrinin inkişaf etdirilməsidir. Tamamilə aydındır ki, bəşəriyyət daxiliyanma mühərriklərindən imtina etməyə başlayıb və yaxın gələcəkdə ekoloji nəqliyyat vasitələrinin yollarda getdikcə artmasının şahidi olacağıq. Bu zamanın tələbidir.
“Ekoloji təmiz avtomobillər” adı altında ölkəmizdə ilk ekoloji avtomobillərin yürüşü 10 May - Milli lider Heydər Əliyevin doğum günündə baş tutacaq. Tədbirin məqsədi Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, müasir elektromobil və hibrid texnologiyalı avtomobillərin nümayişi, ətraf mühitin qorunmasına, bölgələrdə avto-turizmin inkişafına, əhali arasında müasir informasiya texnologiyalarına, texniki idman növlərinə marağın artırılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə cəmiyyətin diqqətini cəlb etməkdir.
Layihənin gerçəkləşməsində təşkilatı dəstək Azərbaycan Avtomobil Federasiyası (AAF) və ölkə avtomobil sektorunda ən son texnologiyaların təqdim olunduğu yeni “Motor House” texniki servis mərkəzi tərəfindən həyata keçirilir. Yürüş Bakı-Kürdəmir-Göycay-Mingəçevir marşrutu ilə baş tutacaq. Ekoloji avto-karvan Motor House texniki servis mərkəzindən start alacaq. Startdan qabaq toplaşmış qonaqları və dəvət olunmuş KİV nümayəndələrini müasir və ekoloji avtomobillərlə tanış edəcəyik. Qısa prezentasiyalar və brifinq təşkil olunacaq.
Qeyd edim ki, starta bir neçə gün qalmış məktəblilər arasında “Gələcəyin avtomobili” mövzusunda rəsm müsabiqəsinin keçirilməsi barədə Bakı şəhər Təhsil idarəsinə müraciət etmişik. Müsabiqədə uşaqlara elektrik və ya digər alternativ enerji ilə hərəkətə gələn avtomobil təsvir etmək təklif olunacaqdır. Elə bir avtomobil ki, havaya heç bir ziyanlı tullantı ixrac etmir, dəniz, meşələr, dağlar - bütün ətraf mühitlə tam bir harmoniya təşkil edir. Ən yaxşı rəsm işlərinin müəllifləri qiymətli prizlərlə və diplomlarla təltif olunacaqlar. Müsabiqənin nəticələri də elə yürüşün startından qabaq elan olunacaq.
“Ekoloji təmiz avtomobillər”in yürüşünü xüsusi olaraq dəvət olunmuş media nümayəndələri işıqlandıracaq, reportajlar hazırlayacaqlar. Yürüş barədə xüsusi foto-hesabat və video-film hazırlanacaq. Yürüş TV-də, Radioda, elektron KİV-lərdə, sosial şəbəkələrdə geniş işıqlandırılacaq.
Əlbəttə rəsmi dilerlərin təklif etdiyi müasir texnologiyalı modelləri nümayiş etdirmək, əhalidə hibrid və elektromobillərə qarşı mövcud olan konservativ fikirlərdən doğan xof hissini dağıtmaq da bizim qarşımıza qoyduğumuz məqsədlərdəndir. Eyni zamanda bu yürüş həm də assosiasiyamızın aktiv sosial mövqedən çıxış etməsini də göstərməlidir. Belə aksiyalarla sübut edirik ki, avtobiznes sektoru olaraq, cəmiyyət qarşısında sosial məsuliyyətimizi də unutmuruq, ölkəmizin inkişafında aktiv iştirak edirik.
Son olaraq qeyd edim ki, avtomobil karvanında əsasən rəsmi dilerlər tərəfindən təqdim olunan modellər üstünlük təşkil edəcək, lakin ekoloji nəqliyyat vasitələrindən istifadə edən təşkilatlar, klublar və fərdi şəxslər də bu tədbirə qoşula bilərlər. Təklifləri gözləyirik”.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
8 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
8 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
10 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)













