İnvestor 1 il sonra bu istiqrazları geri sata biləcək - MÜSAHİBƏ
Müsahibimiz “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadədir .
-“ABB-İnvest”in anderraytinq xidməti çərçivəsində növbəti layihəsi kimi “Bank Respublika”nın istiqraz emissiyası” haqqında məlumat verməyinizi istəyərdik…
-Bildiyiniz kimi, elan olunan emissiya “Bank Respublika”nın sayca üçüncü emissiyasıdır. Bir xoş məqam ondan ibarətdir ki, “ABB-İnvest” tərəfindən təşkil olunacaq emissiya Bankın 30 illiyinə təsadüf edir. Bu müddət ərzində müştərilərinin etimadını qazanmış Bank tərəfindən korporativ və pərakəndə investorlara 8.5% gəlirlilik ilə 15 milyon manatlıq 2 illik istiqrazlar təklif olunacaq.
-Bu, sayca 3-cü istiqraz emissiyasıdır. Bu emissiyanı əvvəlkilərdən fərqləndirən hansısa cəhətlər varmı?
-Bu istiqrazlara ona görə xüsusi bir özəllik qatmaq istədik ki, təklifimiz nəinki öncəki istiqrazlardan, hətta digər korporativ istiqrazlardan fərqlənərək investorlara daha da cəlbedici olsun. Belə ki, bu istiqrazların müddəti iki il olsa da, hər bir investorun əldə etdiyi istiqrazları bir il sonra təkrar bazarda bu qiymətli kağızlara tələbatdan asılı olmayaraq, satmaq imkanı olacaq. İstiqraz sahibləri hərracdan aldıqları kağızları geri satış imkanı əldə edəcəklər. Bu zaman investorlar əldə etdikləri qiymətli kağızları öncədən razılaşdırılmış tarixdə, müəyyən edilmiş həcm və gəlirliklə “ABB-İnvest”ə geri sata biləcəklər, bununla da investisiya müddəti 2 ildən 1 ilə endirilmiş olacaq. İnvestorlar gələcəkdə yarana biləcək likvidlik ehtiyaclarının qarşısının alınması istiqamətində mühüm alət əldə edəcəklər. Əslində, investor üçün bu cür imkanlar yaratmaqda məqsədimiz kapital bazarlarını inkişaf etdirməkdir. Kapital bazarları ümumi iqtisadiyyatın çox vacib hissəsidir və bazarın daim aktiv qalması üçün tələb və təklifin də daim yüksək olması mütləqdir.
Azərbaycanda kapital bazarları öz inkişaf dövrünü yaşayır. Qiymətli kağız emissiyalarının sayı ildən-ilə artır. Buna baxmayaraq, potensial və perspektiv baxımından görüləcək işlər hələ çoxdur. Bizə kapital bazarını inkişaf etdirmək üçün investorlar lazımdır. Onlar olmasa, heç bir inkişafdan söz gedə bilməz. Bu baxımdan biz investorların maksimal dərəcədə stimullaşdırılması, həvəsləndirilməsi və onların maksimum gəlir və rahatlıq əldə etməsi üçün əlimizdən gələni edirik. Sözügedən istiqrazların geri satış imkanı da bu istiqamətdə apardığımız işlərdən biridir. 28 aprel tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək hərracda iştirak etmək istəyən hər kəs bizə müraciət edə bilər.
-Haqqında danışdığımız emissiyadan gözləntiləriniz nədir?
-Azərbaycanın kapital bazarının mühüm iştirakçılarından biri olduğumuz üçün bütün komanda üzvlərimiz bu bazarın inkişafı yolunda məsuliyyətlərini anlayır və bu istiqamətdə maksimum töhfələrini verməyə hazırdılar. Bu emissiyanın baş tutması və uğurlu olması əsas hədəflərimizdən biridir. Düşünürəm ki, kifayət qədər uğurlu bir emissiya olacaq. “Bank Respublika”nın simasında, bankları, sığorta şirkətlərini və öz biznes fəaliyyətlərini genişləndirmək, inkişaf etdirmək istəyən şirkətləri təklif etdiyimiz anderraytinq xidmətindən istifadə etməyə çağırırıq. Emissiya bir neçə mərhələli prosesdir və “ABB-İnvest” komandası olaraq bu layihənin hər bir mərhələsində emitentlərin yanında olub öz peşəkar dəstəyimizi verməyə hər zaman hazırıq.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
17 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























