"GünayBank" böyüyüb, müştərilərə verilən kreditlər artıb - MALİYYƏ VƏZİYYƏTİ
"GünayBank" ASC 2022-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "GünayBank"ın faiz gəlirləri ötən ilin ilk rübündə 3 milyon 382 min manat ikən, 2022-ci ilin ilk rübündə 3 milyon 461 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 2 milyon 399 min manatdan 1 milyon 208 min manata geriləyib.
2022-ci ilin yanvar-mart dövründə "GünayBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 4 milyon 670 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-fai xərcləri) 4 milyon 568 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 102 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 492 min manat ayırdığından və 187 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 577 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə "GünayBank"ın cəmi əməliyyat gəlirləri 5 milyon 781 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 381 min manat, əməliyyat mənfəəti 1 milyon 400 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 400 min manat ayırdığından həmin dövrü 879 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin sonundan 2022-ci ilin ilk rübünün sonunadək ötən dövrdə "GünayBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 853 min manat artaraq 201 milyon 629 min manat çatıb. Bankın cəmi aktivləri isə 4 milyon 341 min manat artaraq 260 milyon 810 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
2022-ci ilin ilk rübündə "GünayBank"da depozitlər 5 milyon 596 min manat aratraq 31 mart 2022-ci il tarixində 99 milyon 157 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 6 milyon 968 min manat artaraq 70 milyon 969 min manata yüksəlib.
31 Mart 2022-ci il tarixində "GünayBank" 64 milyon 846 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























