“2022-ci ilin ilk 3 ayı bankımız üçün uğurlu bir rüb oldu"
“2022-ci ilin ilk üç ayı AccessBank -ın daha da güclənməsi üçün uğurlu bir rüb oldu".
Marja xəbər verir ki. bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri birinci rübdə bankın maliyyə nəticələrini şərh edərkən deyib.
O, "biz post-pandemiya reallığına uğurla uyğunlaşaraq, komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hər birindən daha çox qazanc əldə etdik" deyərək sözlərinə belə davam edib:
"Nəticədə, cari ilin birinci rübündə əməliyyat gəlirlərimiz həm faiz, həm də qeyri-faiz gəlirlərinin artması hesabına əvvəlki rüblə müqayisədə 85% artaraq 2,23 milyon manat təşkil edib.
AccessBank olaraq mikrokredit bazarında lider mövqeyimizi qoruyub saxlamaqla yanaşı, eyni zamanda digər seqmentlərə aid olan müştərilər üçün məhsul və xidmətlərimizi inkişaf etdirməyə davam edirik. Bu ilin mart ayında yeni ödəniş infrastrukturuna keçidi uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizə yaxın gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini genişləndirməyə imkan verəcək.
Qlobal gərginliyin yaratdığı təlatümün öhdəsindən gələrək beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi daha da genişləndiririk. AccessBank həmçinin müddətli əmanət sahibləri arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozit portfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə müqayisədə 11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33% çoxdur.
Cari ilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün yolda olmamızla bağlı əminlik yaradır. Həmçinin ilin sonuna kimi müəyyən edilmiş strategiyanı həyata keçirərək fəaliyyət göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz barədə heç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri zəhmətə, fədakarlığa və uğurumuza verdiyi böyük töhfəyə görə təşəkkür etmək istərdim”.
Həmçinin oxu
“AccessBank”ın xalis mənfəəti 6 dəfəyə yaxın artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 30 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

























