“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” yeni redaksiyada təsdiq edilib
Ölkədə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və bu istiqamətdə təkmil hüquqi çərçivənin formalaşdırılması Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır.
Bankın yaydığı məlumatda bildirilir ki, elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” (Qayda) müasir trendlər nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən yeni redaksiyada hazırlanaraq təsdiq edilmişdir.
Qaydanın təkmilləşdirilməsi ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icra etmək imkanını təqdim edir. Qaydaya əsasən məsafədən bank hesabının açılması üçün nəzərdə tutulan məbləğlər üzrə limitlər ləğv edilmiş, gücləndirilmiş elektron imza ilə yanaşı yeni təsdiqetmə üsulu – gücləndirilmiş müştəri autentifikasiyasından istifadə imkanı yaradılmışdır. Artıq rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə məsafədən hesab açmaq imkanına malik olacaqlar. Bu isə bank xidmətlərinin əlçatanlığını artırır, fiziki olaraq filial və şöbə ilə təmin olunmayan ərazilərdə əhalinin bank xidmətlərindən istifadəsinə şərait yaradır.
Bununla belə, elektron bankçılıq xidmətlərinin göstərilməsi ilə bağlı risklərin daha effektiv idarə olunması məqsədilə müştərilərə məsafədən hesabların açılması zamanı belə xidmətləri göstərən banklar tərəfindən riskyönümlü tədbirlərin həyata keçirilməsi imkanları nəzərdə tutulur.
Qaydanın tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az/page-217/regulations) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/49456) yerləşdirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























