Dövlət bankı daha da böyüyüb, ilk rübü mənfəət ilə başa vurub
"Azər-Türk Bank" ASC 2022-ci ilin 1-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank cari ilin ilk rübünü 226 min manat xalis mənfəət ilə başa vurub.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə "Azər-Türk Bank"ın faiz gəlirləri 4 milyon 898 min manat ikən, 2022-ci ilin yanvar-mart dövründə 6 milyon 591 min manat təşkil edib (1 milyon 693 min manat və ya 34,5% artıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 32 min manatdan 3 milyon 104 min manata yüksəlib (1 milyon 72 min manat və ya 52,7% artıb).
2022-ci ilin yanvar-mart dövründə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 695 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 798 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 103 min manat təşkil edib. Ehtiyatdan azad olmuş 330 min manatın hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 226 min manat xalis mənfəət yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 6 milyon 930 min manat, əməliyyat xərcləri 6 milyon 298 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 632 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 112 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırmışdı. Nətcədə, "Azər-Türk Bank" ötən ilin ilk 3 ayını 520 min manat xalis mənfət ilə başa vurmuşdu.
Cari ilin 1-ci rübündə xərclərin artmasına cəlb edilən depozitlərə və cəlb edilmiş kreditlərə görə ödənilən faizlərin artması, inzibati xərclərin və digər xərclərin yüksəlməsidir. Qeyd edək ki, "Azər-Türk Bank" innovativ filiallarını istifadəyə verməkdədir.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə ilk rübdə "Azər-Türk Bank"ın cəmi aktivləri 31 milyon 944 min manat və ya 7,8% aratarq 31 mart 2022-ci il tarixində 439 milyon 272 min manata, o cümlədən, kredit portfeli (müştərilərə verilən kreditlər) 11 milyon 506 min manat və ya 4,9% artaraq 245 milyon 98 min manata çatıb.
31 Mart 2022-ci il tarixində "Azər-Türk Bank" 51 milyon 940 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























