Rabitəbank biznes kreditlərini daha çox artırıb
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə “Rabitəbank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 29 milyon 16 min manat və ya 6,1% artaraq 502 milyon 980 min manata yüksəlib (31 Mart 2022-ci il tarixinə olan məlumat).
Marja.az xəbər verir ki, ilk 3 ayda "Rabitəbank"ın istehlak kreditləri portfeli (əhaliyə verilən nağd pul kreditləri) 6 milyon 759 min manat artaraq 155 milyon 919 min manata, biznes kreditləri portfeli 17 milyon 780 min manat artaraq 259 miylon 619 min manata, ipoteka kreditləri portfeli 4 milyon 478 min manat artaraq 87 milyon 442 min manata çatıb.
Xəbər verdiyimiz kimi, “Rabitəbank” ASC 2022-ci ilin 1-ci rübünü 5 milyon 73 min manat xalis mənfəət ilə başa vurub. “Rabitəbank”ın xalis mənfəəti 2021-i ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 45,2% artıb. Bank 2021-ci ilin yanvar-mart dövrünü 3 milyon 495 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin ilk rübündə Bankın cəmi faiz gəlirləri 12 milyon 488 min manat ikən, 2022-ci ilin ilk rübündə 15 milyon 455 min manat təşkil edib (23,7% artıb). “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 6 milyon 64 min manatdan 10 milyon 73 min manata yüksəlib (66,1% artıb).
Həmçinin oxu
“Rabitəbank”ın xalis mənfəəti kəskin artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
37 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 45 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
3 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























