“Əməkdaşlar iş yerində susmuş olsalar belə, daxildə baş verənləri çöldə dilə gətirirlər”
Şirkətin İctimaiyyətlə əlaqələr (PR) fəaliyyətinə haradan başlanılmalıdır? “Şirkətin öz daxilində nüfuzu yoxdursa, şirkət öz imici ilə əməkdaşları üçün sevimli, əzəmətli və etibarlı deyilsə, onda təsəvvür edin ki, PR üçün sərf edilən əmək, zaman, maddi vəsait və s. uçmaq təhlükəsində olan binanın üzünə bəzəkli fasadın çəkilməsi kimi mənasızdır”.Şirkətin (məhsulun yox) PR fəaliyyəti şirkət daxilindən başlamalıdır. İlk addım əməkdaşları könüllü olaraq şirkətin PR-çısı edə bilməkdir. Bunu etmək çətin deyil. Şirkəti əvvəlcə şirkətin daxilində olanlara sevdirmək lazımdır. Xaricdən görüntü nə qədər mükəmməl olsada, ictimaiyyətə nə qədər gözəllik göstərilsədə şirkətin içini içdən görənlər şirkətin əməkdaşlarıdır.
Əsla unutmaq olmaz ki, əməkdaşlar da ictimaiyyətdəndir. Onların evdə, çayxanada, məclislərdə söz açıb, söhbət etdikləri ailə fərdləri, qonşuları, qohumları, dostları, yaxınları da ictimaiyyətdəndir. Əməkdaşlar iş yerində hansısa səbəblərdən susmuş olsa belə, içəridə baş verənləri çöldə dilə gətirəcək. Şirkətin öz daxilində nüfuzu yoxdursa, şirkət öz imici ilə əməkdaşları üçün sevimli, əzəmətli və etibarlı deyilsə, onda təsəvvür edin ki, PR üçün sərf edilən əmək, zaman, maddi vəsait və s. uçmaq təhlükəsində olan binanın üzünə bəzəkli fasadın çəkilməsi kimi mənasızdır.
Şirkətin hər vəziyyətində əməkdaşlarının işinə sevgi və sədaqətlə çalışmasını təmin etmək üçün PR əvvəlcə daxildə tətbiq edilməlidir. Əməkdaşlar hansısa bir gün kənardan şirkət üçün gələ biləcək istənilən təyziqə sinə gələ, öz iş yerini qoruya bilərlər.
Şirkətin PR-ından məsul olan menecerlərlə HR-menecerləri arasında koordinasiyalı iş birliyi olmalıdır. HR-menecerlərin əsas işi şirkət daxilində olan əməkdaşları məmnun etmək, şirkətdə iş mühitini normallaşdırmaq, şirkəti çalışmaq üçün ən arzu edilən şirkətlərdən biri etməkdirsə, PR-menecerlərin əsas işi isə, şirkətin daxilində HR-menecerlə kordinasiyalı şəkildə şirkət əməkdaşları üçün şirkətin imicini formalaşdırmalıdır. Eyni zamanda da PR-menecerlərin vəzifələrindən biri ölkədə və dünyada şirkətin imicini yaradıb, onun qorunub saxlanmasını təmin etməkdir. PR-menecerlər şirkətin daxilindən və xaricindən gələ biləcək istənilən imicə yönəlik təhlükəni vaxtında təyin edib, onun qarşısının alınması üçün adiyyatı şöbələri məlumatlandırmalıdır.
Müəllif: Marja.az üçün Ülvi Günəşli
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb







.jpg)






.jpg)









.jpg)
