Kapital Bank sahibkarlara və şirkətlərə yeni API portalını təqdim etdi
(®) Kapital Bank yeni açıq API (Tətbiqi Proqramlaşdırma İnterfeysi) portalını istifadəyə verib.
Yeni portal vasitəsilə sahibkarlar və şirkətlərə öz sistemləri ilə Kapital Bank arasında inteqrasiyanı təmin edərək, bizneslərini və bank əməliyyatlarını rahat şəkildə bir mənbədən idarə edə biləcəklər.
Biznes sahibləri Kapital Bank-ın API portalını öz sistemlərinə qoşmaqla, hesab üzrə qalıq sorğusu, çıxarışlar, ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı kartlarının sifarişləri və mədaxillər, həmçinin bu kimi digər xidmətlərdən öz proqram təminatlarında faydalanmaq imkanını əldə edirlər.
Kapital Bank-ın açıq API portalı bu sahədə ən qabaqcıl beynəlxalq təcrübədən istifadə olunaraq yaradılıb və bizneslərə tamamilə ödənişsiz şəkildə təklif olunur.
APİ məhsullar haqda məlumat əldə etmək üçün http://api.kapitalbank.az/ linkinə keçid etmək lazımdır.
Qeyd edək ki, API fərqli sistemlər arasında qarşılıqlı əlaqəni asanlaşdıran bir texnoloji həlldir. API dünyanın bir sıra nüfuzlu bankları tərəfindən aktiv şəkildə istifadə olunur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
36 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
37 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 45 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
3 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























