Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıb
“Mənzillərində yaşamayan məcburi köçkünlərlə bağlı monitorinqlər davam edir”.
Bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayır:
“Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamır. Bunu necə müəyyən edirik? Görürük ki, sayğaclarda heç nə işləmir. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 510 belə iş var. Bu çox aşkar və şəffaf prosesdir. Dövlət Komitəsində xüsusi bir komissiya yaradılıb və komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq bu proseslər həyata keçirilir. Bu hallar həm Bakıda, həm də rayonlarda olan qəsəbələrdə var”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























