VTB (Azərbaycan) 12%-dək gəlirliliklə yeni “Bonus” əmanətini istifadəyə verib
(®) VTB (Azərbaycan) yeni “Bonus” əmanətini təklif edir. Müştərilər əmanətdən yararlanaraq illik 11,5%-ə qədər gəlirliliklə vəsaitlərinin yerləşdirə, həmçinin 0,5% bonus əldə edə bilərlər.
“Bonus” əmanəti 12 ay müddətinə Azərbaycan manatında açıla bilər. Əmanətin minimum məbləği 100 manatdır.
Müştəri faiz gəlirlərini əldə etmək üçün iki əlverişli variantdan birini seçə bilər. Aylıq ödənişdə faiz dərəcəsi illik 11,25%, müddətin sonunda birdəfəlik ödəmədə isə - 11,5% olacaq. Bundan əlavə, bank əmanət müddətinin sonuna qədər əmanət saxlayan müştərilərə 0,5% bonus təqdim edəcək.
“Müştərilərə ən sərfəli və rahat məhsullar təqdim etmək VTB (Azərbaycan) üçün strateji prioritetdir. Qeyd edək ki, əmanətçilərimiz arasında 1 il müddətinə ortamüddətli əmanətlərə böyük tələbat var. Yeni “Bonus” əmanəti uzun qısa müddətə yüksək gəlir əldə etməyi planlaşdıran müştərilər üçün ən yaxşı seçim olacaq”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin qeyd edib.
Əmanət üzrə vəsaitin qismən artırılması və ya çıxarılması mümkün deyil. Müştəri vəsaitin yerləşdirilməsini bir dəfə uzada bilər.
VTB (Azərbaycan) müştərilərinə müxtəlif məqsədlər üçün geniş çeşiddə depozit məhsulları təklif edir - əmanətçilər uzunmüddətli “Sərfəli” və “Universal”, faiz ödənişləri müddətin əvvəlində ödənən “Avans”, həmçinin qısamüddətli “Sərbəst” depozitlərindən yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























