5 saniyəyə 500-ə yaxın mənzil satıldı - “Açıq alver etdilər”
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb. Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrinin təqdim olunduğunu açıqlayıb. Lakin mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib.
Mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddia olunur ki, cəmi bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılması müəmmalıdır və vətəndaşların fiziki baxımdan bu prosesi icra etməsi mümkün deyil.
Belə iddialar da var ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə satılır. Xüsusi şəxslərin evin kvadratından asılı olaraq 3-5-7 min manat civarında ödəniş alaraq evləri istənilən adam üçün əvvəlcədən "tuta" bilməsi ilə bağlı fikirlər də səsləndirilir.
“Mənzillər əldən, 15-20 min manata satılır...”
Elman Mütəllim adlı İKT mütəxəssisinin sosial şəbəkədə yazdığına görə, seçimlər artıq 5-ci saniyədə bloklanıb: “İlkin mərhələ üçün satışa çıxarılmış MİDA-nın sosial evlərinin birinci mərhələsində uğursuz iştirak etdik. Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu, ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də bir şey bilmirik.
8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komanda ilə girmişdik seçimlərə. Seçimlər 5-ci saniyədə bloklanmışdı. And olsun Allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəyəm. Amma bu gedişlə heç nə udmaq olmaz”.
“Bu nəticənin insan tərəfindən əldə edilməsi ağlabatan deyil”
Digər bir sosial şəbəkə istifadəçisi Ceyhun Fikrətoğlu isə 10 saniyəyə seçim edə bilmədiyini deyir: “1 aydır məşq edirdim. Hətta tanıdığım insanlar var ki, 8 saniyəyə mənzil siyahısını görə bilməyib. Hüquqda yaxşı bir anlayış var: ağlabatan. 6 saniyəyə belə edənlər yazırlar ala bilməyiblər. Deməli, mən nə qədər məşq eləsəm də, 6 saniyədən aşağı düşə bilmərəm. Nəticənin insan tərəfindən əldə edilməsi ağlabatan deyil”.
“Kim daha tez tıkladı...”
Mənzil üçün müraciət edənlərin sözlərinə görə, ədalətsiz seçim nəticəsində proses sadə vətəndaşlar üçün əngələ çevrilir. Nəticədə seçim kriteriyalarına cavab verən, ümidini güzəştli mənzillərə bağlayan vətəndaşlar yenə də evsiz qalırlar.
Proqram təminatçıları isə hesab edirlər ki, 4-5 saniyəyə 500-ə yaxın mənzilin satılması ancaq hansısa maxinasiyalarla mümkündür. Məsələn, kompüterlərin publik İP-lərinə yalnız xüsusi seçilmiş İP-lərdən gələn seçimləri qəbul etmək və yönləndirmək tapşırığı verilə bilər. Digər tərəfdən isə, satışın bu cür keçirilməsi də tənqid olunur. “Kim daha tez “tıkladı” formasında seçim keçirilməsi absurd hesab olunur. Çünki mənzil almaq istəyənlər arasında orta və yaşlı nəslin nümayəndələri var. Onlar kompüterlə o qədər də tanış deyillər. Ona görə də seçimi bu şəkildə qoymaq düzgün qərar hesab olunmur. Ekspertlər deyir ki, bu, daha açıq və canlı yayım əsasında edilsəydi, müstəqil mütəxəssislərin iştirakı təmin olunsaydı, şəffaf və ədalətli keçirilərdi. Satış MİDA-nın ancaq özünün serverlərində olmayan aplikasiyalarla təsadüfi şəkildə həyata keçirilməlidir. Bu üsul asanlıqla serverə müdaxilə edilə bilmək məsələsi baxımından şübhə yaradır.
İddiaçılar xüsusi proqram təminatlarından istifadə ediblər?
İKT üzrə mütəxəssis Osman Gündüz də məsələyə münasibət bildirib. O qeyd edib ki, güzəştli mənzillərin satışından öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub: “Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir. Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik”.
Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilmədiyini qeyd edən ekspert MİDA-nın bu gün baş tutan satış, narazılıqlar haqqında ətraflı məlumat verəcəyinə ümid etdiyini açıqlayıb.
©️ Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
46 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib

















.jpg)






